Cümə axşamı, 02 May

"İqbal Ağazadə Allaha kəf gəlmək istəyir" - Fuad Qəhrəmanlıdan ilginc ittiham

image

Bir neçə gün öncə AXCP sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkə hesabında Ümid partiyasının sərdi İqbal Ağazadə haqqında qalmaqallı status paylaşıb. İqbal Ağazadəni namazı düzgün icra etməməkdə günahlandıran Fuad Qərhəmanlı partiya sədrini yalançılıqda ittiham edib.

"Təsadüfən İqbal Ağazadəni Ağdam Məscidində namaz qılması görüntüsü qarşıma çıxdı. Namazın hər rükətində 1 dəfə rükuya və 2 dəfə səcdəyə gedildiyi halda, o, 3 dəfə rükuya, 3 dəfə də səcdəyə gedirdi.

Heç bir təriqətdə, heç bir məhzəbdə belə namaz qaydası yoxdur.

Namazı bilmədən namaz qılırmış kimi görünmək, müxalifətçi olmadan müxalifətçi kimi görünməkdən daha ağır bir günahdır. Çünki, bu halda təkcə insanları deyil, həm də Allahı aldatmağa çalışırsan.

İqbalın bəndələr qarşısında etdiyi artistlik yetmirmiş kimi, indi də gedib şəhid qanı ilə alınmış Məsciddə də Allaha "kəf gəlmək" istəyir.", deyə Fuad Qərhərmanlı qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15